Portuqaliya millisi ciddi itki ilə üzləşib. Yığmanın müdafiəçisi Pepe zədələnib.
Bud nahiyyəsindən zədə alan 33 yaşlı futbolçu komandasının məşqində iştirak etməyib. Onun "Avro-2016"nın yarımfinalında Uelslə matçda oynayıb-oynamayacağı məlum deyil.
Qeyd edək ki, iyulun 6-da keçiriləcək Portuqaliya - Uels oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.