Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportarena.az xəbər verir ki, bu gün baş tutacaq oyunlarda növbəti mərhələyə adlayacaq 3 komandanın adına aydınlıq gələcək.
Günün ilk matçında Maltanın "Birkirkara" klubu Bosniya və Herseqovina təmsilçisi "Şiroki Briyeq"lə qarşılaşacaq. Komandalar arasında keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu oyun Azərbaycandan olan hakimlər briqadasına tapşırılıb. Belə ki, matçın baş hakimi olacaq Rəhim Həsənova Namiq Hüseynov və Vaqif Musayev köməklik edəcək. Rauf Cabbarov isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, digər görüşlərdə "Çixura" (Gürcüstan) evdə "Zimbru"nu (Moldova), "Jenesse Eş" (Lüksemburq) isə "Sent Patriks"i (İrlandiya) qəbul edəcək.
5 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunları
19:45. "Birkirkara" (Malta) - "Şiroki Briyeq" (Bosniya və Herseqovina)
İlk oyun – 1:1
20:00. "Çixura" (Gürcüstan) - "Zimbru" (Moldova)
İlk oyun – 1:0
20:45. "Jenesse Eş" (Lüksemburq) - "Sent Patriks" (İrlandiya)
İlk oyun – 0:1