Qomez üçün "Avro-2016" bitdi

13:55 5 İyul 2016

İtaliyaya qarşı oyunun 72-ci dəqiqəsində zədələnərək əvəzlənən Mario Qomez turnirin qalan oyunlarında Bundestimə kömək edə bilməyəcək. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. 


Məlumata görə, sağ ayaq əzələsində yırtıq aşkarlanan Qomez üçün AÇ-2016 bitib. Forvardla yanaşı, Almaniya millisinin yarımmüdafiəçisi Sami Xediranın da vəziyyətinin ciddi olduğu deyilir. 


Digər xəbərlər

Xəbər xətti