Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"lə cavab oyununa çıxacaq Moldovanın "Daçiya" klubu azarkeşlərinə müraciət ünvanlayıb.
Klub saytı vasitəsilə ünvanlanan müraciətdə iyulun 7-də keçiriləcək qarşılaşmada tərəfdarların komandaya dəstək vermələri xahiş olunur.
"Daçiya" rəsmiləri hətta azarkeşlərə matçın keçiriləcəyi Speyaya gəlib-qayıtmaları üçün yol xərclərini də ödəyəcəklərini vəd ediblər. Matçın biletləri isə stadiona gələnlərə pulsuz veriləcək.