"Qalatasaray" Sneyderi 2 milyon cərimə etdi

01:29 6 İyul 2016

“Qalatasaray” yarımmüdafiəçi Uesli Sneyderə qarşı sanksiyalar tətbiq edib. Belə ki, klub ötən mövsümün nəticələrinə əsasən futbolçunu kluba layiq olmayan iştiraka görə (sarı kartlar) 2 milyon avro məbləğində cərimələyib.

32 yaşlı holladiyalı mövsüm ərzində Türkiyə çempionatında 11 sarı vərəqə alıb.

Futbolçunun agenti Qvido Albers bununla bağlı aşağıdakıları qeyd edib:

“Qalatasaray” Uesliyə qarşı qərəzlidir. Onlar sadəcə transfer məbləğində irəli düşmək istəyirlər.”

Xatırladaq ki, 2018-ci ilə kimi İstanbul klubu ilə müqaviləsi olmasına baxmayaraq futbolçu Floridada keçirilən təlim-məşq toplantısına qoşulmayıb və onun 7,5 milyon avro məbləğində Milan klublarının birinə keçəcəyi iddia olunur.


Digər xəbərlər

Xəbər xətti