Bu gün "Avro-2016"da yarımfinal mərhələsinə start veriləcək.
Sportarena.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk matçında Portuqaliya və Uels milliləri üz-üzə gələcəklər.
İlk dəfə Avropa çempionatının final mərhələsinə yüksələn Uels millisi bu nəticənin təsadüf olmadığını sübut etməyə çalışacaq.
Turnirdə keçirdiyi 5 matçın heç birinin əsas vaxtında qalib gələ bilməyən Portuqaliya millisi də bu gün tilsimi qırmaq niyyətindədir.
6 iyul
“Avro-2016”, yarımfinal
23:00. Portuqaliya - Uels 2:0
Qol: Ronaldo, 50, (1:0), Nani, 53,(2:0)
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Lion. Lion stadionu