Argentina millisinin baş məşqçisi Cerardo Tata Martino istefa verib.
Sportarena.az xəbər verir ki, buna səbəb komandanın ardıcıl ikinci dəfə Amerika kubokunun finalında Çili millisinə uduzmasıdır.
Xatırladaq ki, Amerika kubokunun finalında Argentina millisinin ulduz futbolçusu Lionel Messi və bir sıra digər oyunçular yığmadakı karyerasını bitirdiklərini açıqlayıblar.