Yeni mövsümün hazırlıqlarını davam etdirən Sankt-Peterburqun "Zenit" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rusların yeni baş məşqçisi Mirça Luçesku əslən azərbaycanlı olan Ramil Şeydayevi komandadan kənarlaşdırıb.
Onunla başa çatan müqavilənin müddəti yenilənməyib.