Fransa millisinin futbolçusu Olivye Jiru sabah "Avro-2016"nın yarımfinal mərhələsində Almaniyaya qarşı oynamaya bilər.
Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir.
Belə ki, "Arsenal"ın futbolçusu ötən gün yığmanın məşqində iştirak etməyib. Məlumata görə, futbolçunun dizində ağrılar var. Onun qarşılaşmada iştirak edib-etməyəcəyi sual altındadır.