"Beşiktaş" "Deportivo"nun qapıçısını transfer etdi

13:53 6 İyul 2016

Türkiyənin "Beşiktaş" klubu qapıçı transfer edib. Super Liqanın son qalibi "Deportivo"nun qolkiperi Fabrisio Ramiresi transfer edib. 

 

Sportarena.az xəbər verir ki, bu haqda 28 yaşlı futbolçu özü məlumat verib:

"Karyeramda yeni bir səhifə açmaq üçün "Deportivo"dan ayrılıram. Çempionlar Liqasında oynamaq mənim arzumdur. Ona görə də, "Beşiktaş"ı seçdim".

 

2013-cü ildən "Deportivo"da çıxış edən qolkiper sözlərini yekunlaşdırandan sonra göz yaşlarını saxlaya bilməyib.


Digər xəbərlər

Xəbər xətti