"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Argentina millisi tərəfindən edilən təklif olacağı halda klubu tərk edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, argentinalı mütəxəssisin müqaviləsində bununla bağlı xüsusi bənd var. 46 yaşlı mütəxəssis özü də bu keçidin əleyhinə deyil. Simeone hətta bunun üçün "Atletiko"ya təzminat ödəmək məcburiyyətində də qalmayacaq. Belə olan halda, hətta Lionel Messinin də fikrindən daşına biləcəyi istisna edilmir. Hazırda bununla bağlı tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, hazırda Argentina millisi Xerardo Martionun istefasından sonra baş məşqçisizdir.