"Qəbələ"nin kapitanı Rəşad Sadiqov bu gün Gürcüstana səfəröncəsi hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Sabah keçirəcəyiniz matç barədə nə deyə bilərsiz...
- Komanda şəkilində bu matça çox ciddi hazırlaşmışıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- İlk görüşdə 5:1 hesablı qələbə sizi cavab oyunu öncəsi həvəsdən salmır?
- İstənilən komanda doğma meydanda rahat oynayır. Rəqibimiz də sabah meydana qələbə qazanmaq üçün çıxacaq. Əgər daha irəli mərhələlərə vəsiqə qazanmaq istəyiriksə, ilk olaraq bu oyuna ciddi hazırlaşmalıyıq.
- "Samtredia" ilə görüşdə 5:1 hesablı qələbə gözləyirdiniz?
- Açığı, belə hesabla qələbə gözləmirdik. Düzdür, hələ də mərhələnin taleyi hələ də həll olunmayıb, amma şanslarımız daha çoxdur.
- Səncə, Uiks Dodonun yerini doldura bilibmi?
- Futbolçuların necə oynadığı barədə heç nə deyə bilmərəm . Sadəcə, Uiks ilk oyunda göstərdi ki, yeni gələnlər digərlərindən heç də geri qalmır. Hələ qarşıdakı oyunlarda tam yaxşı formada olacaqlar. Bu ilki transferlərimiz keçən ilkindən daha yaxşıdır.
- Baş məşqçinizlə növbəti mərhələ haqqında danışmısınız?
- Hələ ikinci mərhələ haqda fikirləşməmişik. İlk olaraq, bu səfərdən qələbəylə qayıtmaq istəyirik. Daha sonra ikinci mərhələ haqda fikirləşərik.
- Avrokuboklarda digər klublarımızın şanslarını necə dəyərləndirirsən?
- Mənə elə gəlir ki, bizdən başqa hər üç klubumuz mərhələni keçmək iqtidarındadı. Bir az "Kəpəz"lə "Daçiya" arasında qarşılaşma gərgin keçəcək. "Neftçi" böyük ehtimalla növbəti mərhələdədir, "Qarabağ"ın da gücünə bələdik.
Vüsal Yalçınoğlu, Gürcüstan-Kutaisi