Nika Kvekveskiri: "...onların bu turnirdə təcrübəsi yoxdur"

16:37 6 İyul 2016

"Qəbələ"nin yeni transferi Nika Kvekveskiri bu gün Gürcüstana səfəröncəsi hava limanında jurnalistlərin suallarını cavablandırıb.


Sportarena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi oyun haqqında açıqlamasında bunları deyib:
"İlk oyunda əla nəticə əldə etmişik. Amma bu, bizə rahatlıq verməməlidi. Çünki rəqibin itirəcəyi heç nə yoxdur. "Samtredia" doğma meydanda hər şey edəcək ki, böyük uğura-geridönüşə imza atsın. Bu tarixi klubun azarkeşləri onlardan çox şey gözləyir. Biz sabahkı oyunda ilk dəqiqələrdən qələbəyə oynamalıyıq. Oyuna yaxşı motivasiya olmalıyıq. Düzdü, istənilən heç-heçə bizim üçün növbəti mərhələ demədir. Amma reytinq xalları baxımından da düşünsək, qələbə yaxşı olar". 


Futbolçu, baş məşqçi Roman Qriqorçukun meydana əsas heyət futbolçularını buraxmayacağı barəsində gəzən söz-söhbətlər barəsində də danışıb:

"Elə düşünmürəm. Biz meydana çıxıb aqressiv və hücum futbolu oynamalıyıq. Bər şey biz həll etməliyik, rəqib yox. Biz topla oynamağı və hücum futbolu oynamağı çox sevirik. Niyə də bunu davam etdirməməliyik? Heç-heçə və qələbə bizim üçün lazımi nəticədir, təki məğlub olmayaq". 

 

Gürcüstanlı futbolçu ölkəsini təmsil edən "Samtredia" haqqında da fikirlərini bölüşüb:
"Samtredia" Avropa Liqasında yenidir və onların bu turnirdə təcrübəsi yoxdur. Bakıdakı qarşılaşma onlar üçün ilk idi və onlar gördülər ki, "Qəbələ" necə futbol oynayır. Onlar bu oyunla Avropa Liqasında müəyyən qədər təcrübə topladılar. Bu, o deməkdi ki, Zestafonidə hər şey fərqli olacaq". 

Vüsal Yalçınoğlu, Gürcüstan-Kutaisi


Digər xəbərlər

Xəbər xətti