"Tarix yazmaq istəyirik. Finala yüksəlməyi hədəfləmişik. Düzdür, bu, çətin olacaq, ancaq vəzifənin öhdəsindən gəlmək üçün çalışmışıq".
Bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş "Avro-2016"nın yarımfinalında Uelslə oyundan əvvəl deyib.
O, bu görüşün Beyl-Ronaldo qarşılaşması olmayacağını söyləyib:
"Bu iki komandanın bir-biri ilə mübarizəsidir. Uels çox yaxşı millidir. Onlar ən çətin qruplardan birindən çıxmağı bacardılar. 1/4 finalda Belçikanı 3:1 hesabı ilə məğlub etdilər".