İngiltərənin "Liverpul" klubu baş məşqçisi Yürgen Kloppla yeni müqavilə imzalamaq niyyətindədir.
Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, artıq klub rəhbərliyi 49 yaşlı mütəxəssislə bu barədə danışıqlara başlayıb.
Xatırladaq ki, almaniyalı mütəxəssisin ingilis klubu ilə gələn mövsümün sonunadək müqaviləsi var.
Qeyd edək ki, Kloppun rəhbərliyi altında "Liverpul" klubu ötən mövsüm Premyer Liqanı 8-ci pillədə başa vurub.