Türk futbolunun və “Qalatasaray”ın əfsanəvi qapıçısı Turqay Şeren uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Sportarena.az xəbər verir ki,1932-ci ildə dünyaya gələn Şeren elə ilk matçına da 1949-50-ci illərdə "Qalatasaray"da başlayıb. Türkiyənin əfsanəvi qapıçısı olan Turqay Şeren 84 yaşında dünyasını dəyişib.