UEFA Albaniyanın "Skenderbeu" klubunu bir mövsümlük avrokuboklardan kənarlaşdırıb.
Sportarena.az xəbər verir ki, Beyləlxalq Arbitraj Məhkəməsi klubun apelyasiya şikayəti rədd edib. Komanda danışılmış oyunlarda iştirakına görə bu cəzaya məruz qalıb.
UEFA-nın qərarına əsasən, Albaniya çempionu "Skenderbeu"nu Çempionlar Liqasında "Partizani" əvəzləyəcək.
Xatırladaq ki, Avropa Liqasında mübarizə apar "Partizani" klubu artıq I təsnifat mərhələsində ilk oyununu keçirib. Lakin UEFA bu oyunun nəticəsini ləğv edib və "Partizani"nin qarşılaşdığı "Slovan" klubu növbəti mərhələyə vəsiqəni təmin edib.