Hollandiyanın əfsanəvi futbolçusu Klarens Zedorf yenidən baş məşqçilik fəaliyyətinə davam edəcək.
Sportarena.az xəbər verir ki, hollandiyalı mütəxəssis karyerasını Çinin II divizionunda mübarizə aparan "Şençjen" klubunda davam etdirəcək. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Klarens Zedorf baş məşqçi kimi ilk dəfə 2014-cü ildə "Milan" klubunu çalışdırıb. Lakin uğursuzluğa düçar olan mütəxəssis bir neçə ay sonra postu ilə vidalaşıb.