İtaliya millisinin futbolçusu Mario Balotelli "Avro-2016"nın qalibi olmasını istədiyi yığmanın adını açıqlayıb.
Sportarena.az xəbər verir ki, 26 yaşlı hücumçu Fransanı turnirin qalibi olaraq görmək istədiyini deyib:
"Obyektiv olmağımı istəyirsizsə, favorit Almaniyadır. Amma subyektiv olaraq Fransanın Avropa çempionu olmasını istəyirəm. Çünki Fransa millisindəki Pol Poqba yaxın dostumdur".