"Bu, bizim üçün yaxşı material idi. Şadam ki, belə nəticə oldu və bu, bizə səhvlərimizi göstərdi".
Sportarena.az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Samtredia" - "Qəbələ" matçından (2:1) sonra keçirilən mətbuat konfransı zamanı təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis açıqlamasına belə davam edib:
"Bizim üçün gələcək rəqibin fərqi yoxdur. Biz öz səviyyəmizi qaldırmalıyıq ki, daha yaxşı oynayaq. "Samtredia" yaxşı komandadır, amma biz onlardan daha güclüyük".
Baş məşqçi komandanın kapitanı Raşəd Sadiqovun durumu barədə də fikir bildirib:
"Rəşadın zədəsi barədə hələ ki, nəsə deyə bilmərəm. Düşünürəm ki, meydandan çıxmaqla yaxşı etdi. Bu qərarla o, özünü qorumuş oldu".
Vüsal Yalçınoğlu/Gürcüstan