Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Avro-2016"da uğursuz çıxışından sonra istefa verən Anqel Yordeneskunun yerinə, almaniyalı mütəxəssis Kristof Daum təyin edilib.
Qeyd edək ki, 2 il ərzində klubsuz qalan 62 yaşlı mütəxəssis "Köln", "Ştutqard", "Bayer", "Ayntraxt", "Beşiktaş", "Fənərbağça", "Bursaspor", "Avstriya", "Brüqqe" futbol klublarında baş məşqçi olub.