Final görüşünün hakimləri müəyyənləşdi

12:30 8 İyul 2016

"Avro-2016"nın finalında keçiriləcək Portuqaliya - Fransa matçının hakim təyinatları açıqlanıb.


Sportarena.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Mark Klatternburq olacaq. İngiltərəli referiyə bu işdə həmyerliləri Simon Bek və Ceyk Kollin köməklik edəcək. Dördüncü hakim funksiyasını Viktor Kassai (Macarıstan) yerinə yetirəcək.


Qeyd edək ki, Portuqaliya - Fransa oyunu iyulun 10-u keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti