Fransada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa-Almaniya yarımfinal oyunu yerli kanallarda izlənmə rekorduna sahib olub.
Rəqibini 2:0 hesabı ilə məğlub edərək finala yüksələn Fransa millisinin oyununu yerli “TF1” kanalında 22,4 milyon ailə izləyib. Bu rəqəm 2006-cı ildən indiyədək Fransada televiziya tamaşaçısı baxımına görə böyük göstəricidir.
İyulun 10-da təşkil olunacaq Fransa-Portuqaliya final matçında bu rəqəmin daha da artacağı gözlənilir.