“Kəpəz” tarixində ilk dəfə avrokuboklarda mərhələ adlayıb.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Daçiya”sını keçən Gəncə təmsilçisi qitə miqyaslı turnirlərdə uğur qazanan 9-cu Azərbaycan klubudu.
Bunadək yalnız 8 komandamız mərhələ keçməyi bacarmışdı. “Neftçi” 9-cu, “Qəbələ” isə 5-ci dəfə rəqibini dayandırmağa müvəffəq olub.
Bu göstəricidə rekord isə “Qarabağ”a məxsusdu. Ağdamlılar ümumilikdə 15 mərhələni uğurla adlayıb. “İnter” 7, “Xəzər Lənkəran” 2, “Şəmkir”, “Karvan” və “Bakı” hərəyə 1 dəfə belə uğur əldə edib. (Apasport.az)