Argentina prezidenti Maurisio Makri “Barselona”nın hücumçusu Lionel Messiyə zəng edib.
Bu haqda M.Makri özü məlumat verib. Telefon danışığı zamanı ölkə prezidenti Messini millidəki karyerasını başa vurması ilə bağlı qərarını dəyişməyə çağırıb.
“Mən onunla telefonla danışdım. Şübhə etmirəm ki, Lionel milliyə qayıdacaq”.
Xatırladaq ki, L.Messi Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra millidə karyerasını başa vurduğunu açıqlayıb.