Türkiyənin “Fənərbağça” klubu daha bir futbolçunu heyətinə cəlb edir.
İstanbul klubu “Liverpul”un futbolçusu Martin Şkrteli transfer edir. Artıq tərəflər arasında razılıq əldə olunub. İyulun 11-də slovakiyalı müdafiəçinin İstanbula gələrək müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2008-ci ildən “Liverpul”un şərəfini qoruyur.