Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Sportarena.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 15-nə təyin edilib.
İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.(Report)