Pepe final matçında oynayacaq?

14:11 9 İyul 2016

Portuqaliya millisinin futbolçusu Pepenin "Avro-2016"nın finalında Fransaya qarşı oynayıb-oynamayacağına aydınlıq gəlib.


Sportarena.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçinin atası Anael Ferreyra məlumat verib.


Onun sözlərinə görə, Pepe final görüşündə forma geyinəcək:
"Oğlum finalda oynayacaq. O, Uelslə oyunu buraxdı, amma Fransa ilə görüşdə meydanda olacaq".


Qeyd edək ki, Portuqaliya - Fransa qarşılaşması iyulun 10-u keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti