"Avro-2016"nın yarımfinal mərhələsində Fransaya qarşı keçirilmiş görüşdə zədələnən Almaniya millisinin müdafiəçisi Jerom Boatenqin durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun məxsus olduğu "Bavariya" klubunun rəsmi saytı məlumat yayıb.
Saytda dərc olunan məlumata görə, futbolçu bu gün tibbi müayinədən keçib. Həkimlər futbolçunun zədəsinin ciddi olmadığını açıqlayıb. O, yeni mövsümədək zədəsini tam pərpa edəcək.
Qeyd edək ki, yarımfinal görüşündə Fransa ilə qarşılaşan Almaniya millisi 2:0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.