"Bornmut"un baş məşqçisi İngiltərə millisini çalışdıracaq?

21:29 9 İyul 2016

"Bornmut"un baş məşqçisi Eddi Hau İngiltərə millisinin baş məşqçisi ola bilər. 


Sportarena.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.


Məlumata görə, 38 yaşlı mütəxəssis İngiltərə millisinin baş məşqçisi postuna gətiriləcək əsas namizəddir. İngiltərə Futbol Federasiyası yaxın zamanda mütəxəssislə danışıqlara başlayacağı gözlənilir.


Belə ki, İFF millinin baş məşqçi postuna yerli mütəxəssisləri cəlb etmək fikrindədir. Bu səbəbdən ən ideal variyant kimi Eddi Hou baş məşqçi vəzifəsinə layiq görülüb.


Onun köməkçisi isə Harri Redknappın olacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti