"Zidanın anasına yox, bacısına söymüşəm" - VİDEO

01:07 10 İyul 2016

İtaliya yığmasının qalmaqaalı sabiq müdafiəçisi Marko Materatsi Zinəddin Zidan ilə 2006-cı ildəki Dünya çempionatının final matçındakı konfliktindən danışıb. 42 yaşlı sabiq müdafiəçi həmin epizoda görə çox məyus olduğunu etiraf edib.

“Mən axmaqlıq etmişəm. Amma sərt tənqid olunmağa layiq deyiləm. Neapolda, Milanda, Romada və yaxud Parisin küçərələrində daha sərt söyüşlər eşitmək olar. Mən onun anasına söyməmişəm. Mənim 15 yaşım olanda anam ölüb.

Mən heç vaxt başqasının anasına söz demərəm. Mən onun bacısına söymüşəm. Hazırda artıq bunun fərqi yoxdur. Mən heç kimə kin saxlamıram”

 


Digər xəbərlər

Xəbər xətti