İtaliyanın nəhəng klublarından “Milan” çoxdandır danışıqlar apardığı “Beşiktaş”ın argentinalı ulduzu Xose Sosanın razılığını alıb.
Sportarena.az xəbər verir ki, transferin son detalları İstanbul klubu tərəfindən həll edilməlidir. Mövsümü çempion kimi başa vuran “Qara qartallar”ın futbolçularına talib düşən klubların da sayı artmaqdadır. Gökhan Törəni 13 milyon avroya satmaq şərti ilə “Vest Hem”ə icarəyə verən çempion Xose Sosanı da itirmək üzrədir.
Argentinalı futbolçuyla keçidi razılaşdıran “Rossonyerlər” “Beşiktaş”ın son cavabını gözləyir. “Qara qartallar” sövdələşmə üçün 8 milyon avro tələb etsə də, italyanlar 4 milyon avro təklif edir.