"Roma"nın kapitanı Françesko Totti və müdafiəçi Kostas Manolas zədələnib.
Sportarena.az xəbər verir ki, 39 yaşlı kapitan komandanın yeni mövsümöncəsi ilk məşqində zədə alıb. Belə ki, futbolçunun əzələsində problem yaranıb. Məlumata görə, o, bir neçə gün həkim nəzarəti altında olacaq.
Kostas Manolasın isə dizində zədələnmə baş verib. Lakin zədəsi ciddi olmayan futbolçu, yenidən məşqlərə başlayacaq.