"Bursaspor"un futbolçusu milli komandamızda çıxış edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, son mövsüm "Trabzonspor"dan "Bursaspor"a transfer olan Deniz Yılmaza milli komandamızdan təklif gəlib. Bu barədə oyunçunun meneceri Erdem Karagöl "Anadolu Ajansı"na açıqlamasında məlumat verib.
Karagöl Dəniz Yılmaz üçün AFFA-dan təklif gəldiyini və futbolçunun 3-4 gün ərzində bu təklifi dəyərləndirəcəyini bildirib.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2005-11-ci illərdə "Bavariya”nın II komandasının formasını geyinib. O, "Bavariya"nın əsas heyətində 9 oyun keçirib.