Cüdoçularımız beynəlxalq yarışda 4 medal qazandı

15:26 10 İyul 2016

Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunları keçirilir. 


Sportarena.az xəbər verir ki, yarışda məşqçi Nazim Umbayevin rəhbərliyi altında Azərbaycan cüdoçuları da iştirak edir.


Beynəlxalq yarışda təmsilçilərimiz 4 medal qazanıblar.


Oyunların ilk günündə yeniyetmə cüdoçularımızdan Ağabəy Ağazadə (55 kq) qızıl, Əli Sadıxov (46 kq) və Nazir Talıbov (50 kq) gümüş medal qazanıblar.


Yarışın ikinci günü isə Vüsal Şamilov (73 kq) bürünc medala sahib olub.


Qeyd edək ki, üç gün davam edəcək "Deti Azii" oyunlarına sabah yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti