"Bavariya" klubunun yarımmüdafiəçisi Pier-Emeli Hoybyerq karyerasını İngiltərədə davam etdirəcək.
Sportarena.az xəbər verir ki, 20 yaşlı futbolçu "Sauthemton"la razılığa gəlib. Bu transfer üçün Premyer Liqa klubu "Bavariya"ya 15 milyon avro ödəyib.
Xatırladaq ki, futbolçu son mövsümü icarə əsasında "Şalke"də çıxış edib.