Türkiyə prezidenti Neymar və Messi ilə futbol oynayacaq

16:57 10 İyul 2016

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Samuel Eto`o Fondunun 10-cu il fəaliyyəti çərçivəsində Antalyada ulduz futbolçular arasında keçiriləcək qarşılaşmada meydana çıxacaq.


Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, Ərdoğanın futbol oynayacağı adlar arasında "Barselona" klubunun ulduzu Lionel Messi və Neymar da var.


Türkiyənin "Antalyaspor" klubunun kamerunlu futbolçusu Samuel Eto`onun adını daşıyan fondun təşkil etdiyi bu qarşılaşmadan gələn gəlir afrikalı uşaqlar üçün xərclənəcək.


Digər xəbərlər

Xəbər xətti