Hazırda davam edən "Avro 2016"nın final görüşündə Portuqaliya millisi ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Fransa ilə qarşılaşan Portuqaliyanın heyətində ulduz futbolçu Ronaldo zədələnib. Kriştiano bu zədə ilə oyunu davam etdirə bilməyib və göz yaşları ilə meydanı tərk edib. Ronaldonun yerinə meydana Quarejma daxil olub.
Qeyd edək ki, matçda hesab açılmayıb.