İŞİD yaraqlıları dörd futbolçunu edam ediblər

00:56 11 İyul 2016

İdmançılar kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar.

İŞİD terror təşkilatının döyüşçüləri Suriyanın “Əş-Şadad” futbol klubunun dörd oyunçusunu Raqqa şəhərində edam ediblər. 

Silahlılar şəhərin mərkəzi Əl-Dəllə meydanında izdiham qarşısında dördü idmançı olmaqla beş nəfərin başını kəsiblər.

Qətlə yetirilən futbolçuların şəxsiyyəti də müəyyənləşdirilib. Bunlar Usama Əbu Küveyt, İhsan əl-Şaveykx, Nehad əl-Hussen və Əhməd Axavaxdır. 

Bildirilir ki, terrorçular futbolçuları kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti