"Avro-2016”nın finalında keçirilən Portuqaliya – Fransa görüşünün (1:0) ən yaxşı futbolçusu məlum olub.
Priney təmsilçisinin müdafiəçisi Pepe matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, 120 dəqiqə meydanda olan Pepe müdafiədə etibarlı oynayaraq komandasının ilk dəfə Avropa çempionu adını qazanmasında böyük pay sahibi olub.