Ronaldo: "Çoxu bizə inanmırdı"

10:33 11 İyul 2016

"Çox xoşbəxtəm. 2004-cü ildən Avropa çempionu olmaq haqda düşünürdüm. Çoxu bizə inanmırdı. Ancaq uzun illərdə ərzində etdiyimiz fədakarlıqların ardından çempion olduq. Buna layiqik".
Bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın finalında Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, futbolçu karyerasının ən xoşbəxt anını yaşadığını vurğulayıb: 

"Həmişə milli ilə kubok qazanaraq tarixə düşmək istəmişəm. Təəssüf ki, bu oyunda sona kimi iştirak edə bilmədim. Ancaq  komanda yoldaşlarıma inanırdım. Onlara, məşqçilərimizə təşəkkür edirəm. Bu, unikal hadisədir, bunu unutmaq mümkün deyil".


Digər xəbərlər

Xəbər xətti