Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.
Ölkəmizi yarışda Marina Durunda və Jalə Piriyeva təmsil ediblər.
Otuz altı gimnast arasında keçirilən çoxnövçülük yarışlarında M.Durunda 7-ci, J.Piriyeva isə 19-cu yerdə qərarlaşıb.
Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən M.Durunda lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutub.