Portuqaliya prezidenti Marselu Rebelu de Souza milli komandanın futbolçularını xüsusi xidmət ordenləri ilə təltif edəcək.
Bu barədə ölkənin Rekord qəzeti məlumatı verib. Xatırladaq ki, portuqaliyalılar finalda Fransanı 1-0 hesabı ilə məğlub edərək Avropa çempionu olublar.
Ordenin veriləcəyi əvvəlcədən məlum idi. Lakin onun dərəcəsi finalın nəticəsindən sonra dəqiqləşib.Futbolçulara komandor ordenləri veriləcək.