"Düdelanj"ın baş məşqçisi: "Niyə də “Qarabağ”ı mübarizədən kənarlaşdırmayaq?!"

22:30 11 İyul 2016

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Dino Topmöller bu gün jurnalistlərlə görüşüb.

 Tofiq Bəhramov adına Respublika stadionun konfrans zalında mətbuat konfransı keçirən almaniyalı mütəxxəsis sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- İlk öncə qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Oyunda gəlincə, “Qarabağ” çox yaxşı komandadır. Sabahkı matçın favoriti  “Qarabağ”dır. Ancaq futbolda hər şey ola bilər. İnanıram ki, bəxt və oyun amili bizim üçün yaxşı olacaq. Növbəti mərhələyə adlamaq istəyirik və bunun üçün mübarizə aparacağıq. 
 
- Məşhur məşqçi Klaus Topmöllerin oğlusunuz. Atanız Gürcüstan millisində baş məşqçi olub. Gürcüstan da Azəbvaycan kimi Qafqaz ölkəsidir. Atanız sizə “Qarabağ”la bağlı hansı məsləhətləri verib?

- Atamla bir dəfə danışmışam. O, mənə Azərbaycan klubları barəsində kifayət qədər məlumat verməyib. 
 
- “Qarabağ”ın baş məşqçkisi Qurban Qurbanov sizin komandanız barədə məlumatlıdır. Bəs, siz “Qarabağ” haqda nə bilirsiniz?

- “Qarabağ”ın avrokubolardakı oyunlarını izləmişəm. Rəqib daha topla çox oyuna üstnülük verir. Texnikalı və futbol oynamağı bacaran komandaya qarşı oynayacağıq.
 
- “Qarabağ”ın hansı oyunlarını izləmisiniz?

- Rəqibimizin Avstriya toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarına baxmışam. Ümumiyyətlə, Azərbaycan haqqında məlumat var. Azərbaycan millisində Berti Foqts kimi mütəxəssisin çalışdığını bilirdim. Hətta Almaniyada çıxış edən Rüfət Dadaşovun Azərbaycan əsilli futbolçu olmasından xəbərdaram. 
 
- “Düdelanj” “Qarabağ”la oyunda nəyə ümid edir?

- Biz Lüksemburq çempionuyuq və çempion olduğumuzu sübut etməliyik. Biz adımıza layiq futbol sərgiləməyhə çalışacağıq. Dediyim kimi, “Qarabağ” favorit olsa da, biz asan təslim olmayacağıq. 
 

- “Qarabağ”ın son durumundan xəbərdarsınız?

- Futbolda hər şey çox dəyişir. Biz bilirik ki, sabah meydanda hər iki komandanın heyətində 11 futbolçu meydanda olacaq. Yaxşı nəticə üçün döyüşəcəyik. Son Avropa çempionatında da sürprizlərə şahid olduq. İslandiya İngiltərə kimi komandanı mübarizədən kənarlaşdırdı. Niyə də, biz favorit komandanı mübarizədən kənarlaşdıra bilməyək?
 
- Sabahkı oyunda “Düdelanj”ı hansı nəticə qane edəcək?

- Növbəti mərhələyə vəsiqə üçün hansı hesab qeydə alınsa, razı olacam.


Digər xəbərlər

Xəbər xətti