"Fənərbaxça" futbolçusu ilə "nigah" yenilədi

23:19 11 İyul 2016

Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə imzalanıb. "Sarı-lacivərtlilər" Mehmet Topalla yeni müqavilə imzalayıb. Yeni sözləşməyə əsasən Türkiyə milli komandasının üzvü növbəti 4 ildə də "Fənərbaxça"nın şərəfini qoruyacaq.
 
İmza mərasimindən sonra təcrübəli futbolçu önəmli açıqlamalar verib. O, karyerasını "Fənərbaxça"da başa vurmaq istədiyini bildirib: "Mən buraya futbolu bu klubda buraxmaq üçün gəlmişdim. Burada olduğum üçün çox xoşbəxtəm. "Fənərbaxça"da qaldığım üçün həm mən xoşbəxtəm, həm də ailəm. Hər iki tərəf üçün xeyirli olsun. İnşallah karyeramı burada başa vurmaq qismət olar".


Digər xəbərlər

Xəbər xətti