“Zenit” klubunu müqaviləsi bitdiyi üçün tərk etmiş Ramil Şeydayev “Trabzonspor” klubu ilə danışıqlara başlayıb. Bu barədə Trabzon təmsilçisinin Tvitter səhifəsində məlumat verilib.
Şeydayev “Zenit”in yetirməsidir və ötən mövsüm “Zenit-2″in heyətində 13 oyun keçirib və bu oyunlarda 10 dəfə fərqlənə bilib.
Tərəflərin yaxın günlərdə razılığa gələcəyi gözlənilir.