"Zenit"in azərbaycanlı sabiq futbolçusu Ramil Şeydayev yenidən Azərbaycan vətəndaşlığı qəbul edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur "championat.com" saytı məlumat yayıb.
Məlumata görə, hal-hazırda Bakıda olan futbolçu AFFA nümayəndələri ilə danışıqlar aparır.
Rusiyanın aşağı yaş üzrə milli komandalarında çıxış etmiş futbolçu hal-hazırda azad agent statusu daşıyır.
"Zenit" yetirməsi olan 20 yaşlı futbolçu hal-hazırda Türkiyənin "Trabzonspor" klubu ilə danışıqlar aparır.