Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Şkendiya" (Makedoniya) oyununa hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, matçın baş hakimi Sergey Sinkeviç olacaq. Belaruslu hakimə bu işdə həmyerliləri Yevgeni Romanov və Vitali Malyutin köməklik edəcək. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.
Qeyd edək ki, "Neftçi" – "Şkendiya" iyulun 14-ü saat 20:00-da başlayacaq.