Fransa millisinin keçmiş futbolçusu Emanuel Peti Pol Poqbanı tənqid edib.
Sportarena.az "The Independient" nəşrinə istinadən xəbər verir ki, Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu olan futbolçu Poqbanın 100 milyon funtluq oyunçu olmamasını bildirib:
"Poqbanın transfer qiymətinin 100 milyon funt olduğunu deyirlər. Düşünürəm ki, Poqbanı 100 milyon avroya transfer etmək maliyyə israfından başqa bir şey deyil. Poqbanın böyük gələcəyi var, lakin ona belə yanaşmaq hələ tezdir. Bu vəziyyət mənim xoşuma gəlmir. Onu superulduz edirlər, mən isə belə düşünmürəm.
O, Çempionlar Liqasını və ya milli komanda ilə hər hansı bir turniri qazanmaq səviyyəsinə çatmayıb.Mən onun bu uğurları qazanacağına şübhə etmirəm. Amma hələ tezdir. Onun haqqında mətbuatda çox yazırlar, ancaq mən onda heç nə görmürəm".