“Beşiktaş”ın argentinalı futbolçusu Joze Sosa klubdan ayrılmaq qərarına gəlib. Səbəb isə Türkiyədə artıq tez-tez baş verən terror hadisələridir.
“İstanbuldakı hava limanında baş verən terror hadisəsindən sonra mən və ailəm Türkiyədən getmək qərarına gəldik. Bu səbəbdən də “Beşiktaş”la müqavilə yeniləməyəcəm. Mövzu ailəm olduğundan, futbol mənim üçün ikinci plana keçir. Ailəmdən uzaq yaşamaq və futbol oynamaq istəmirəm. “Beşiktaş” klubuna da təşəkkür edirəm”.
Qeyd edək ki, argentinalı futbolçu “Beşiktaş”da oynadığı 55 oyunda 13 qol vurub.